Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)

Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)

Tarix: 11 Dekabr 2019 14:00

Bakı. Trend:

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Trend-in məlumatına görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Oktay Muxtarovun rəhbərliyi altında çıxış edən Azərbaycan yığmasının üzvləri də var.

Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub.

Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.

Toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO) Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO) Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO) Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)


Etiketlər:  Rahilə Hüseynovadan Avropa birinciliyində medal FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ