Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Tarix: 10 Iyun 2025 11:06

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Marselu Rebelu de Souzaya məktub ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, məktubunda portuqaliyalı həmkarına və bütün Portuqaliya xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini bildirən dövlətimizin başçısı əlavə edib: "İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".


Etiketlər:  Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ