Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2025 10:36
"Bavariya"nın daha bir ulduzu İstanbul klubunda oynaya bilər.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, fransalı Kinqsli Koman uğrunda 2 İstanbul nəhəngi müabrizə aparır
29 yaşlı futbolçu ilə artıq danışıqlara başlanılıb. Joze Mourinyonun da oyunçuya zəng edərək onu komandasında görmək istədiyini dediyi bildirilir.
Komanın isə "Qalatasaray"a daha müsbət yanaşdığı məlumatlar arasındadır.
Qeyd edək ki, futbolçu ötən mövsümündə komandası ilə 44 oyuna çıxıb. O, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
Hüseyn