Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2025 19:27
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izləyiblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, "Sərhədçi" rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər.
Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəzdilər.