Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 13:44
Bakı. Trend:
Səyahətsevərlər üçün sərfəli rominq təklifləri ilə seçilən “Nar”, Yeni il ərəfəsində abunəçilərinin bayram ab-havasına xüsusi rəng qatmaq üçün maraqlı müsabiqə elan edib. Belə ki, mobil operatorun rəsmi “Instagram” səhifəsində 19 dekabr tarixinədək davam edəcək müsabiqədə qalib gələn istifadəçi Yeni ili Moskvada qarşılamaq imkanı əldə edəcək.
Müsabiqəyə qoşulmaq üçün “Nar”ın “Instagram” səhifəsinin hekayə bölməsində paylaşılan 5 suala düzgün cavab vermək lazımdır. Qalib bütün suallara düzgün cavab vermiş istifadəçilər arasından təsadüfi üsulla seçiləcək. Birinci yerin sahibi olan “Nar” abunəçisi dekabrın 31-dən yanvarın 6-dək davam edəcək səyahəti zamanı həm Moskvanın əsrarəngiz gözəlliyindən zövq alacaq, həm də keyfiyyətli rominq xidmətindən yararlanacaq.
Qeyd edək ki, qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq. Müsabiqənin şərtləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin