Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz hasil edilib

“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz hasil edilib

Tarix: 12 Dekabr 2019 14:54

Bakı. Trend:

İşlənmənin əvvəlindən Xəzərin Azərbaycan sekorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 115 mlrd. kubmetr qaz və 27 mln. tondan çox kondensat hasil edilib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə deyib ki, "Şahdəniz" yatağının karbohidrogen ehtiyatları bir 1,200 trln. kubmetr qazdan və 240 mln. ton kondensatdan ibarətdir:

"Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şahdənizdən indiyədək milyard kubmetr hasil edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ