Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2025 23:46
Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 05.08.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V. Əliyev, X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.