Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır

Tarix: 13 Dekabr 2019 08:00

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri zamanı Respublikanın seçki keçirilən bütün dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək, yəni dekabrın 13-ədək müraciət etməlidir.

Bu gün, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddəti başa çatır.

Bundan əlavə, bələdiyyə seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə Mərkəzi Seçki Komissiyası tərəfindən qərarın qəbul edilməsi üçün sonuncu gündür.

Seçki bülletenlərinin hazırlanması müddəti də bu gün başa çatır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bələdiyyə seçkilərində müşahidə aparmaq üçün müraciət müddəti başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ