Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yenilənmiş “Your Phone” əlavəsi telefon zəngləri etməyə imkan verəcək

Yenilənmiş “Your Phone” əlavəsi telefon zəngləri etməyə imkan verəcək

Tarix: 13 Dekabr 2019 15:24

"Microsoft" şirkəti "Your Phone" mobil əlavəsini yeniləyərək fərdi kompüterlərdən telefon zənglərinin edilməsi üçün istifadəyə imkan yaradıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, "Your Phone" əlavəsinin funksionallığı kompüterdə "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların istənilən proqramlarını işə salmağa imkan verir. Beləliklə, mobil əlavələrdən böyük ekranda istifadə, məsələn, messencer və sosial şəbəkələrdə söhbətləşmək mümkün olacaq.

 

"iPhone" istifadəçiləri telefonda saytlara baxdıqdan sonra dərhal seçilən səhifəni kompüterə göndərərək onu əvvəlki yerindən aça biləcəklər. Bundan əlavə, böyük ekranın bütün üstünlüklərindən istifadə edərək kontenti oxumaq, izləmək və ya axtarmaq mümkündür. Telefon qoşulu olan zaman fərdi kompüterdə işi istənilən vaxt davam etdirmək olar.

 

Yeni "Your Phone" versiyasında telefona zəng etmək və zəngləri qəbul etmək mümkündür. Bu, həm ekran klaviaturasında birbaşa nömrəni yığmaqla, həm də kontaktlar siyahısında lazımi nömrəni seçməklə edilir. Həmçinin zəngləri rədd etmək, zənglər siyahısına baxmaq, eləcə də zəngləri kompüterdən smartfona köçürmək mümkündür.

 

Mobil əlavənin işləməsi üçün onu "Windows 10" əməliyyat sistemli kompüter və ya smartfonda quraşdırmaq lazımdır. Qurğular arasında sinxronlaşma "Wi-Fi" şəbəkəsi vasitəsilə həyata keçirilir.

 

Nizam Nuriyev




Etiketlər:  Yenilənmiş Your Phone əlavəsi telefon zəngləri etməyə imkan verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ