Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 09:48
Bakı. Trend:
Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Markl dünyaya yeni gəlmiş körpələrinə qoyduqları adı açıqlayıblar. Trend-in məlumatına görə, körpəyə Arçi Harrison Mauntbatten-Vindzor adı verilib.
Ötən gün isə cütlük Vindzorda fotosessiya zamanı ilk dəfə körpələrini ictimaiyyətə göstəriblər.
Xatırladaq ki, bu körpənin doğulması ilə Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.
Qeyd edək ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin