Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 16:36
Yaponiyanın “Panasonic” şirkəti tərəfindən “KOSE” kosmetika mağazasında quraşdırılmış "ağıllı" güzgü ziyarətçilərə dəriyə qulluq üzrə fərdiləşdirilmiş tövsiyələr verir. Güzgünün daxilinə insanın üzünü skan edən, nəticə və tövsiyələri güzgünün səthinə çıxaran sensorlar quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, mühəndislər öz hazırlamasını "Belosnejka güzgüsü" adlandırıblar. Kontaktsız sensorlar dərinin vəziyyətini qiymətləndirir, iltihab, qırış, məsamə və ton pozuntularını aşkar edir. İstehsalçıların iddiasına görə, təhlilin dəqiqliyi tibbi aparatla müqayisə edilə bilər.
Bundan sonra kompüter alqoritmləri insan sifətinin təxminən 500 min təsvirini formalaşdırır və bəzi variantları güzgüdə əks etdirir. Müştəri həmin variantlar əsasında özünün “mükəmməl sifət”ini seçə bilər. Müştərinin seçimi əsasında sistem dəriyə fərdi qulluq vasitələrini seçəcək və ona "ideal" görünüşə yaxınlaşmağa kömək edəcək kosmetik prosedurları təklif edəcəkdir.
Emil Hüseynov