Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maradona bu uşaqların qəlbini belə qırdı – Video

Maradona bu uşaqların qəlbini belə qırdı – Video

Tarix: 15 Dekabr 2019 11:04

İnternetdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradona ilə bağlı kütləvi narazılığa səbəb olmuş video yayılıb.

Qol.az xəbər verir ki, video Meksikada “Dorados” klubunda işlədiyi vaxt (2018/19 mövsümündə) çəkilib. Orada görünür ki, Maradona tribunada olan uşaqlara yaxınlaşaraq onlara avtoqraf verir. Bu zaman onların sabiq futbolçuya sevgidən irəli gələrək “Dieqo, Dieqo” çağırışına sonuncu kobudcasına cavab verir.

Maradona onlara deyir: “Baxın, sizə bir şey deyəcəyəm. Əgər yenə də “Dieqo” deyib qışqırsanız, çıxıb gedəcəyəm. Başa düşdünüz? Başa düşdünüz? Mən sizə hörmət edirəm və tələb edirəm ki, siz də mənə hörmət edəsiniz. Daha heç nə deməyəcəyəm. Əgər siz bir də “Dieqo, Dieqo, Dieqo” qışqırsanız, gedəcəyəm. Bu, mənim üçün problem deyil”.

Qəlbi qırılan uşaqlar Maradonanın bu tələbini yerinə yetirirlər. Uşaqlardan biri sonradan yenə “Maradona” deyib qışqıranda isə digəri “Ssss...” deyərək onu sakitləşdirməyə çağırıb.


 


Etiketlər:  Maradona bu uşaqların qəlbini belə qırdı Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ