Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Facebook'' tarixində görünməmiş oğurluq baş verib

''Facebook'' tarixində görünməmiş oğurluq baş verib

Tarix: 15 Dekabr 2019 11:39

"Facebook" şirkətinin 29 min əməkdaşının bank və digər şəxsi məlumatları saxlanılan sərt disklər oğurlanıb.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, sərt disklər şirkətin əməkdaşlarından birinin avtomobilindən oğurlanıb.

Agentlik bildirir ki, şifrə edilməmiş sərt disklərdə əməkdaşların adları, onların bank hesablarının nömrələri, sosial sığorta nömrələrinin son dörd rəqəmi, eləcə də maaşları və bonuslar haqqında məlumatlar olub.

Məlumatları oğurlanmış əməkdaşların şirkətdə 2018-ci ildə çalışdığı bildirilir.


Etiketlər:  Facebook tarixində görünməmiş oğurluq baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ