Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 10:54
Bakı. İlhamə İsabalayeva - Trend:
Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin