Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda əmisini öldürüb evini yandıran şəxsə ağır cəza verildi

Abşeronda əmisini öldürüb evini yandıran şəxsə ağır cəza verildi

Tarix: 16 Dekabr 2019 20:34

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisini öldürüb izi itirmək üçün evini yandıran Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, M.Şıxməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında baş verib. Həmin mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı ölən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyysində sınıq xəsarətləri var.

Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38 ünvanında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib.


Etiketlər:  Abşeronda əmisini öldürüb evini yandıran şəxsə ağır cəza verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ