Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 03:01
Bakı. Trend:
Avropa diplomatiyasının rəhbəri Josep Borrel, Hong Kong və Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqlarına riayət edilməsi ilə bağlı məsələləri Çinin daxili işləri olmadığını söyləyib.
Trend-in məlumatına görə, J.Borrel Madriddə keçirilən "Asiya-Avropa Forumu" təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib: "Aydındır ki, belə hallarla qarşılaşdıqda başqa ölkənin daxili işlərinin ərazisinə girirsiniz. Lakin insan hüquqları daxili iş deyil, ümumbəşəri bir problemdir"
Diplomat dekabrın 15-də Çinin xarici işlər naziri Vang Yi ilə görüşərkən ona Aİ-nın ölkədəki insan haqları ilə bağlı narahatçılığını çatdırıb. Eyni zamanda, Çindən gələn nazirlə "müstəsna münasibətlər" saxladığını söyləyərək, oxşar məsələlər qaldırıldığı "ölkələrə tam hörmət" göstərilməsinin lazım olduğunu qeyd edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin