Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Borrel Hong Kong və Sincan məsələlərini Çinin daxili işi hesab etmir

Borrel Hong Kong və Sincan məsələlərini Çinin daxili işi hesab etmir

Tarix: 17 Dekabr 2019 07:36

Avropa diplomatiyasının rəhbəri Josep Borrel, Hong Kong və Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqlarına riayət edilməsi ilə bağlı məsələləri Çinin daxili işləri olmadığını söyləyib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, J.Borrel Madriddə keçirilən "Asiya-Avropa Forumu" təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib: "Aydındır ki, belə hallarla qarşılaşdıqda başqa ölkənin daxili işlərinin ərazisinə girirsiniz. Lakin insan hüquqları daxili iş deyil, ümumbəşəri bir problemdir"

Diplomat dekabrın 15-də Çinin xarici işlər naziri Vang Yi ilə görüşərkən ona Aİ-nın ölkədəki insan haqları ilə bağlı narahatçılığını çatdırıb. Eyni zamanda, Çindən gələn nazirlə "müstəsna münasibətlər" saxladığını söyləyərək, oxşar məsələlər qaldırıldığı "ölkələrə tam hörmət" göstərilməsinin lazım olduğunu qeyd edib.


Etiketlər:  Borrel Hong Kong Sincan məsələlərini Çinin daxili işi hesab etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ