Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 09:16
Quyçjou əyalətinin kömür mədənində qaz püskürməsi nəticəsində əmələ gələn qəzada ən az 14 mədən işçisi həlak olub. Daha 2 nəfər yer altında köməksiz vəziyyətdə qalıblar.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, qəza 17 dekabr gecə Anlu bölqəsində baş verib. İlkin məlumatlara görə, qəza zamanı mədəndə 23 işçi olub. Fəhlələrdən 7-si mədəndən çıxa biliblər.
Son məlumata görə 14 nəfər ölüb, 2 nəfər mədəndə köməksiz vəziyyətdə qalmaqda davam edir.