Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 20:09
Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı bölgənin mövqeyinin güclənməsinə mühüm töhfə verir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ölkənin xaricdəki səfir və konsullarının Tbilisidə keçirilən konfransında deyib.
Xarici İşlər Nazirinin sözlərinə görə, üç qonşu ölkənin (Azərbaycan, Gürcüstan və Türkiyə) əməkdaşlığı bu ölkələrin tranzit dəhlizinin əsas enerji ölkələrinə çevrilməsinə səbəb olub.
XİN rəhbərinin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı bu ölkələrin tranzit dəhlizinin əsas enerji ölkələrinə çevrilməsinə səbəb olub.
"İlin əsas hadisəsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin rəsmi açılışı oldu. Bu layihə, Avropa və Türkiyənin təbii qaza olan tələbatını ödəmək və təbii qaz təchizatı marşrutlarının diversifikasiyasıdır ki, bu da Gürcüstana təbii qazın istifadəsindən praktik faydalar əldə etmək imkanı verir".
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.