Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək

Bu gün Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək

Tarix: 18 Dekabr 2019 08:27

Bu gün Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.

Tədbirdə üzv ölkələrin parlament Sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Plenar İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstan Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Milli.Az


Etiketlər:  Bu gün Bakıda TÜRKPA nın 9 cu plenar iclası keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ