Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 10:12
Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Türkiyəyə yollanıb.
Qol.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan klubunun rəsmi saytı yayıb.
25 yaşlı qolkiperin tibbi müayinə üçün qonşu ölkəyə getdiyi bildirilir. O, Türkiyə klinikalarından birində profilaktik proseduralardan keçib.
Klubun yaydığı açıqlamada qeyd olunub: "Qapıçıların yüklənmələrinin və məşqlərinin xüsusiyyətləri sahə oyunçularının təlimindən bir qədər fərqlidir. Bu proses Emilin təlim-məşq toplanışına yaxşı formada hazırlaşmasına və növbəti mövsüm müəyyən zədələrin qarşısını almağa kömək edəcək".