Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənədsiz evlərlə bağlı MÜJDƏ

Sənədsiz evlərlə bağlı MÜJDƏ

Tarix: 18 Dekabr 2019 11:00

Bakının bir neçə rayonunda sənədsiz evlərin dövlət qeydiyyatına alınması məqsədi ilə işlərə başlanıb.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, Nərimanov rayonu, Xutor qəsəbəsi 1-ci Şimal Ştilliyi, 4-cü Aşırım və digər küçələrdə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması üçün mənzil və həyətyanı sahələrdə ölçmə işləri aparılıb.

Sakinlərə isə bildirilib ki, ölçmə işlərinin aparılması yaxın vaxtlarda sənədsiz evlərə çıxarışların verilməsi məqsədi daşıyır.

Nərimanov rayonu 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Edson İmanovun sözlərinə görə, ərazi üzrə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması işləri 90 faiz yerinə yetirilib.

Xüsusi ilə də Xutor qəsəbəsi ərazisində yüzlərlə sənədsiz həyət evlərində ölçmə işləri aparılıb və həmin evlər qeydiyyata alınıb.

Nəsimi rayonu 3-cü Alatava, Cəlil Məmmədquluzadə və bir neçə küçələrdə də bu işlər aparılıb. Ancaq bəzi sənədsiz evlər var ki, həmin evlərdə ölçmə aparılmayıb.


Etiketlər:  Sənədsiz evlərlə bağlı MÜJDƏ


RƏYLƏR