Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: ''Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir''

Nazir: ''Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir''

Tarix: 18 Dekabr 2019 14:16

Bu gün Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya" mövzusunda konfrans keçirilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələr, eləcə də bu sahədə qarşıda duran məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakı Mədəniyyətlərarası Forumu ötən 10 ildə elə bir nüfuz qazanıb ki, artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz.

Nazir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi və 3 mədəni irsimiz UNESCO-nun siyahısına daxildir. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir.


Etiketlər:  Nazir Azərbaycan dünyada təkcə neft ölkəsi deyil həm mədəniyyət tarix tolerantlıq nümayiş etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ