Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''GÜLÜMSƏYƏN DEPRESSİYA'' - Cavan və uğurlu insanlar nə üçün intihar edir?

''GÜLÜMSƏYƏN DEPRESSİYA'' - Cavan və uğurlu insanlar nə üçün intihar edir?

Tarix: 18 Dekabr 2019 22:12

Milli.Az saglamolun.az-a istinadən depressiyanın ən təhlükəli növlərindən biri olan "gülümsəyən depressiya" haqqında nevroloq Yaqut Lətifovanın yazısını təqdim edir. 

Son zamanlar bu termin daha da populyarlaşır. "Gülümsəyən depressiyalı" insanlar ətrafdakılara nə qədər xoşbəxt, üzügülər adam təsiri bağışlasalar da, daxilən gərgin, əhvalı pis, bədbin olurlar. Belə bir sual yaranır: Bu hal xəstəlik hesab edilirmi? Bəli, bu hal xəstəlik hesab olunur, çünki simptomları nə qədər maskalansa da depressiyadır. Psixologiyada bu "atipik depressiya" adlanır. Faktiki olaraq əhavlı düşük, işindən, məşğuliyyətindən həzz ala bilməyən, yaşamından sevinc hissi duya bilməyən insanlar uzun müddət bunu gizlətməyə çalışır.Bu şəxslər daha çox intihar etməyə meylli olurlar.

"Gülümsəyən depressiyalı" insanları təyin etmək bir qədər çətindir. Çox vaxt onlar özləri də əhvallarındakı dəyişikliklərin ciddiliyini sezməkdə çətinlik çəkirlər. Onlar düşünür ki,normal işləri, həyatları var, kədərlənməyə hər hansı ciddi bir səbəbləri yoxdur. Və hər gün ətrafdakılar üçün gülümsər, şən bir "maska" ilə günlərinə davam edərlər. Kənardan xoşbəxt, mərhəmət dolu, aktiv və səmərəli həyat tərzi sürürmüş kimi görünərlər.

Lakin daxilən belə şəxslər ümidsiz, əzgin olur, tez-tez istənilən yolla bu haldan qurtulmaq hissi keçirirlər. Gündəlik işlərinə davam etmək üçün səfərbər etdikləri güc, enerji onları daha da yorur, tükəndirir. Həyatlarında baş verən pozitiv hadisələrdən sanki "sevinir", bir anlıq özlərini bu gərginlikdən qurtulmuş hesab etsələr də bir neçə dəqiqə sonra yenidən daxildən gələn əzginlik və ruh düşüklüyü onları əsarətinə alır.

Bu cür hal keçirən insanlarda həmçinin ifrat iştah, əl və ayaqlarda səbəbsiz ağırlıq hissi, yuxunun pozulması , erkən yuxuya meyllik və ya səhərlər yuxudan normal oyanmanın pozulması, axşam saatlarında hədsiz yorğunluq, başağrıları, ünsiyyətdə tənqid və ya rədd olunmanın patoloji həssaslıq və aqressiv qarşılanması kimi simptomları müşahidə olunur.


Etiketlər:  GÜLÜMSƏYƏN DEPRESSİYA Cavan uğurlu insanlar üçün intihar edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ