Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 13:36
Bakı. Nərgiz İsmayılova - Trend:
Dekabrın 24-də Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT və ASAN Beynəlxalq Assosiasiyasının iclası keçiriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, iclasda assosiasiyanın nizamnaməsi təsdiq olunacaq:
“Beləliklə, “ASAN Xidmət” konsepsiyasının ixracı üçün daha bir platforma yaranacaq. Bu assosiasiyanın imkanları hesabına “ASAN Xidmət” konsepsiyasını daha çox ölkəyə ixrac edə biləcəyik. Hazırda bu konsepsiyanın reallaşdırılması 8 ölkədə davam edir. Əfqanıstanda artıq “ASAN Xidmət” işə başlayıb”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin