Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal"ın yeni baş məşqçisi müəyyənləşir

Tarix: 19 Dekabr 2019 13:46

"Arsenal" Unay Emerinin istefasından sonra boş qalmış baş məşqçi postuna təyinata hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "topçular" Mikel Arteta ilə anlaşıb. 37 yaşlı mütəxəssisin London komandasının "sükanı arxasına" keçməyə hazırlaşdığı və Emeri ilə eyni məvacibi alacağı bildirilir.

Bu təyinatın yaxın günlərdə rəsmiləşəcəyi və komandanı Premyer Liqanın 18-ci turu çərçivəsində keçiriləcək "Everton"la oyuna Artetanın çıxaracağı deyilir.

"Everton" - "Arsenal" oyunu dekabrın 21-də keçiriləcək.


Etiketlər:  Arsenalın yeni baş məşqçisi müəyyənləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ