Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

General-mayorlar rəis təyin edildi - FOTO

General-mayorlar rəis təyin edildi - FOTO

Tarix: 19 Dekabr 2019 15:54

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib. Ali Baş Komandanın Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətə çatdıran Silahlı Qüvvələri Baş Qərargah rəisi xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.

Milli.Az


Etiketlər:  General mayorlar rəis təyin edildi FOTO


RƏYLƏR