Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 20:22
Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yaxınlığında silah səsləri eşidilib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda "Telegram-kanal Baza" məlumat yayıb. Hadisə Böyük Lubyanka küçəsində baş verib.
İnsident zamanı ölənlərin sayı artaraq 3 nəfər olub. Ölənlərin hamısı FTX əməkdaşıdır. Yaralıların sayı dəqiqləşdirilir. Məlumata görə, silahlı şəxslər 3 nəfər olub. Hazırda bütün binalarda və obyektlərdə "Qala" planı elan edilib.
Silahlı şəxslər binalardan birində gizləniblər.