Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın hərbi məhsulları Belarusda “MILEX-2019” sərgisində nümayiş etdiriləcək

Azərbaycanın hərbi məhsulları Belarusda “MILEX-2019” sərgisində nümayiş etdiriləcək

Tarix: 10 May 2019 18:12

Bakı. Trend:

Mayın 15-də Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi keçiriləcək. Tədbirdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə nazirlik bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsində böyük fürsətlər yaradacaq bu platformada - “MILEX-2019” sərgisində müvafiq qurumlarla hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur. 4 gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi də planlaşdırılır.

Qeyq edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günə qədər 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın hərbi məhsulları Belarusda MILEX 2019 sərgisində nümayiş etdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ