Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu ildə valideyn olan məşhurlar - FOTO

2019-cu ildə valideyn olan məşhurlar - FOTO

Tarix: 20 Dekabr 2019 07:56

Geridə qoyduğumuz ilə təkcə ulduz toyları ilə deyil, həm də bir neçə məşhurun valideyn olması xəbərləri ilə yadda qaldı.

Milli.Az qafqazinfo-ya istinadən 2019-cu ilə yekun vuraraq, ana/ata adını qazanan əcnəbi ulduzları təqdim edir:

Meqan Markl və şahzadə Harri

Mayın 6-da cütlüyün ilk övladı dünyaya gəlib.

Emi Şumer

Amerikalı aktrisa Emi Şumer də, demək olar, Meqan Markla eyni vaxtda ana olub. Bu, onun və həyat yoldaşı Kris Fişerin ilk övladıdır.

Tom Hardi

2019-cu ilin yanvarında ingilis aktyor Tom Hardi və onun həyat yoldaşı Şarlotta Raylinin ikinci oğul övladı dünyaya gəlib. Körpəyə Forrest adı verilib. Qeyd edək ki, Tomun keçmiş sevgilisindən Lui adlı oğlu var.

Vensan Kassel və Tina Kunaki

Aprelin 19-da 52 yaşlı Vensan Kassel üçüncü dəfə ata oldu. Onun cavan həyat yoldaşı, 22 yaşlı model Tina Kunaki aktyora qız övladı bəxş etdi. Qeyd edək ki, Kasselin Monika Belluçi ilə nikahından iki qız övladı var.


Etiketlər:  2019 ildə valideyn olan məşhurlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ