Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 11:50
Gömrük xidmətində aparılan sağlamlaşdırmanın nəticəsi qaçaqmalçılığın qarsışı alınıb. Ümumilikdə 500 milyon dollar həcmində qaçaqmalçılıq faktı ilə aşkarlanmış mallar götürülüb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda deyib.
O qeyd edib ki, bu malların əsas hissəsini narkotik vasitələr təşkil edib.
O bildirib ki, aparılan islahatların Dövlət Gömrük Komitəsi üzərinə düşən missiyanı həyata keçirməkdə israrlı olmasını və eyni zamanda buna qadir olduğumuzu sübut edir.