Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 19:42
"Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin səsverməsi üçün lazımi şərait yaradılacaq".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib ki, ümumilikdə 5575 seçki məntəqəsi fəaliyyət göstərəcək.
MSK sədri bildirib ki, məntəqələrin hamısına bütün lazımi şərait yaradılacaq ki, Azərbaycan vətəndaşları öz səsvermə hüquqlarını layiqincə reallaşdıra bildirsinlər.
M.Pənahovun sözlərinə görə, müşahidəçilər üçün də rahat şərait yaradılacaq ki, onlar öz missiyalarını yerinə yetirə bilsinlər.