Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2019 00:16
Bakı. Trend:
Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin