Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 08:24
"Microsoft" şirkəti 15 yanvar 2020-ci il tarixində - "Windows 10" əməliyyat sisteminin növbəti yenilənməsi buraxıldıqdan sonra istifadəçiləri məcburi qaydada yeni "Edge" brauzerinə keçirəcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Google" texnologiyalarına əsaslanan yeni "Microsoft" brauzeri "Windows Update" xidməti (Windows yenilənmə mərkəzi) vasitəsilə avtomatik quraşdırılacaq. Yenilənmə 1803 (April 2018 Update) və daha yuxarı "Windows 10" sistemli bütün qurğulara şamil ediləcək.
Brauzerin köhnə versiyasının saxlanılma və istifadə imkanı nəzərdə tutulmayıb. "Chromium" əsaslı "Edge" brauzeri fonlu rejimdə quraşdırılacaq - istifadəçilər yeni proqrama keçməyə məcbur olacaqlar.
Məcburi brauzer əvəzlənməsi yalnız sistem inzibatçıları tərəfindən bloklana bilər. Şirkət əməkdaşlarının köhnə "Edge" brauzerindən istifadəni davam etdirməsi üçün "Blocker Toolkit" alətinin yüklənilməsi tələb olunacaq.