Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iPhone üçün düzəltdiyi əldəqayırma aksesuar ona 170 milyon dollar qazandırır

iPhone üçün düzəltdiyi əldəqayırma aksesuar ona 170 milyon dollar qazandırır

Tarix: 21 Dekabr 2019 08:48

David Barnett adlı keçmiş fəlsəfə müəllimi öz iPhone 3G smartfonundan istifadə zamanı bir sıra problemlərlə üzləşir. Birincisi, onun qulaqcıqları daim bir-birinə dolaşır, ikincisi, telefonu sürüşüb düşür, üçüncüsü isə, telefonu təbii ki, dik şəkildə saxlamaq mümkün olmurdu. Buna görə də o, özünü və 300 mindən çox müştərini belə narahatedici vəziyyətlərdən qurtarmaq qərarına gəlir.

Başladığı il: 2010-cu il.

Bugünkü biznesi: 2017-ci il ərzində təxminən 170 mln. dollar.

Əməkdaş sayı: 118 nəfər.

Karyerasının başlanğıcında qurucusunun yaşı: təxminən 45.

Qurucunun keçmiş fəaliyyəti: fəlsəfə müəllimi.

Fürsət

Barnett telefonun arxa panelinə iki paltar düyməsi bərkidir və onlara qulaqcıqlarını dolayır. Bununla o, ən qıcıqlandırıcı halların birindən - qulaqcıqların dolaşmasından insanların canını qurtarmış olur.

PopSockets müştərilərinin əksəriyyəti bu aləti "həyatı dəyişdirən" adlandırıblar. Belə ki, o, insanların həyatını asanlaşdırıb.

Hər şey necə başladı?

PopSockets-in qurucusu David Barnett artıq qeyd etdiyimiz kimi fəlsəfə müəllimi olub.

2010-cu ildə Barnett, qulaqcıqlarının daim bir-birinə dolaşmasından artıq təngə gəlir və bu problemi həll etmək istəyir : " Mən öz iPhone 3G telefonumun arxasına iki böyük paltar düyməsi bərkitdim və qulaqcıqlarımı ehtiyatla onların ətrafına doladım. O vaxtdan qulaqcıqlarım həmişə səliqəli şəkildə telefonumun arxasında qalırlar.

Amma çox heyf, yaxud bəlkə də, xoşbəxtlikdən mən başqa bir problemlə də üzləşdim: dostlarım və ailəm mənim hazırladığıma güldülər. Sonra, bir neçə ayımı öz ixtiramın üzərində işləməyə həsr etdim - PopSockets tutacağı".

David təxminən 60 fərqli prototip ərsəyə gətirir.

2012-ci ildə Barnett Kickstarter-də kampaniya təşkil edərək iPhone üçün iki kiçik tutacaqlı örtüyü təqdim edir.

PopSockets-i hazırlamaq üçün Barnett 3D CAD detallar layihələnməsini özü sərbəst şəkildə öyrənir. O, Kickstarter-də video yerləşdirir. Həmin videoda özü rəqs edə-edə öz ixtirasını nümayiş etdirir.

2012-ci ilin yayında Barnett-in evi meşə yanğınları zamanı yanır. Yanan əmlakına dəyən ziyanın əvəzi qismində ona ödənilən pulun yarısını gələcək PopSockets-ə xərcləyir. Barnett 2014-cü ildə öz qarajında PopSockets-in satışına başlayır. İlk il şirkətin gəliri 240 min dollara çatır.

2014-2015-ci illərdə Barnett dostlarından, tanışlardan və ixtirasının fanatlarından təxminən 500 min dollara yaxın pul əldə edir.

2014-cü ildə David 30 min tutacaq satır, 2015-ci ildə isə T-Mobile ilə ilk böyük pərakəndə əməliyyat sayəsində onlardan 300 minini satmağa nail olur.

PopSockets LLC-nin gəlirləri 2015-ci ilin ortalarından 2018-ci ilin ortalarına kimi 71,4% artır, o, bu artıma səhmlərsiz nail olur.

Şirkət bugün


Etiketlər:  iPhone üçün düzəltdiyi əldəqayırma aksesuar milyon dollar qazandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ