Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Montella istefaya göndərildi

Montella istefaya göndərildi

Tarix: 21 Dekabr 2019 15:12

“Fiorentina” baş məşqçisi Vinçenso Montellanı istefaya göndərib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Komandanın A seriyasında uğursuz çıxışı səbəbindən belə qərar verilib. Bildirilib ki, yaxın günlərdə yeni baş məşqçinin adı açıqlanacaq.

Qeyd edək ki, “Fiorentina” 17 oyundan 17 xalla 14-cü yeri tutur.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis bu ilin aprelində baş məşqçi təyin edilmişdi. Onunla müqavilə 2021-ci ilin yayında başa çatırdı.

 


Etiketlər:  Montella istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ