Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp 738 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib

Tramp 738 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib

Tarix: 21 Dekabr 2019 19:52

ABŞ prezidenti Donald Tramp cümə günü fəza qüvvəsi yaradan və federal işçiləri 12 həftəlik valideynlik məzuniyyəti ilə təmin edən qanun layihəsini imzalayıb.

Respublikaçıların nəzarət etdiyi Senat çərşənbə axşamı 738 milyard dollarlıq müdafiə büdcəsini təsdqiləyib. Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası qanun layihəsini ötən həftə qəbul etmişdi.

Bu qanun layihəsi nəticəsində Demokratların təklif etdiyi valideynlik məzuniyyəti müqabilində ABŞ ordusunda Trampın təklifi ilə altıncı qol olaraq fəza qüvvəsi yaradılacaq. Valideynlik məzuniyyəti çərçivəsində 2 milyona yaxın federal dövlət işçisi Amerika tarixində ilk dəfə olaraq övladları dünyaya gələn zaman 12 həftəlik ödənişli məzuniyyətə çıxa biləcəklər.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-ın Fəza Komandalığı və Hava Qüvvələrinin Fəza Komandanlığının komandiri general Con Reymond ordunun yeni qolunu "milli səviyyədə kritik" adlandırıb və deyib: "Amerikanın fəzadakı liderliyi bütün dünyada rezonans yaradıb. Səhv anlaşılmasın. Birləşmiş Ştatlar hazırda bütün dünyada fəzada ən çox irəliləyiş əldə edən ölkədir".

Reymon bildirib ki, hələ də fəza qüvvəsi ilə bağlı çox sayda sual var və buna fəza qüvvəsinin üzvlərinin nə adlandırılacaqları, formalarının necə olacağı kimi suallar daxildir. "Bu bizim ölkəmiz üçün çox vacibdir", o deyib.

Müdafiə nazirinin fəza siyasəti üzrə müavini Stefen Kitay deyib ki, "fəza bizim həyat tərzimiz və ordumuz üçün mühümdür və insanlar bunu dərk etməlidirlər".


Etiketlər:  Tramp milyard dollarlıq müdafiə büdcəsini təsdiq edib


RƏYLƏR