Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 14:26
Samoada qızılca epidemiyası qurbanlarının sayı 79 nəfərə çatıb, xəstələnənlərin sayı 5500 nəfəri keçib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ötən həftə 72 ölüm və 5154 yoluxma hadisəsinin qeydə alınması bildirilirdi. Ölənlərin əksəriyyəti dörd yaşınadək uşaqlardır.
Təxminən 200 min insanın yaşadığı adada kütləvi peyvənd edilməsi kampaniyası başlandığı vaxtdan əhalinin 94% -i peyvənd edilib.