Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 15:34
Antalyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın rəqiblərindən biri müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi yanvarın 25-də Çexiyanın yüksək liqasında çıxış edən “Siqma” ilə qarşılaşacaq. Çex klubunun rəsmi saytında komandanın yoxlama oyunundakı rəqibləri sırasında “Qarabağ” da göstərilib.
Oyun Bakı vaxtı ilə saat 14.30-da başlanacaq.
Qeyd edək ki, hazırlıq prosesi zamanı “Qarabağ” ümumən 4 yoxlama görüşü keçirəcək.