Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında jurnalisti öldürənlərə ölüm cəzası verildi

Səudiyyə Ərəbistanında jurnalisti öldürənlərə ölüm cəzası verildi

Tarix: 23 Dekabr 2019 14:16

Bakı. Trend:

Səudiyyə Ərəbistanında jurnalist Camal Xaşkacinin qətlində ittiham olunan şəxslərlə bağlı məhkəmə hökm verib.

Trend-in məlumatına görə, qətllə əlaqədar olaraq beş nəfər ölüm cəzasına məhkum edilib.

Daha üç nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səudiyyə Ərəbistanında jurnalisti öldürənlərə ölüm cəzası verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ