Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Denis Sivanın yeni klubu məlum oldu

Denis Sivanın yeni klubu məlum oldu

Tarix: 23 Dekabr 2019 14:26

Ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran" və "Keşlə"də oynamış Denis Silvanın yeni klubu məlum olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,  braziliyalı müdafiəçi  karyerasını ölkəsində davam etdirəcək.

33 yaşlı futbolçu Paulista A-2 seriyasında çıxış edən "San Kaetano"a keçib.  Məlumatı klubun rəsmi saytı yayıb.

Denis Silva keçidi ilə bağlı təəssüratlarını da bölüşüb: "Demək olar ki, 11 il idi ölkəmdən uzaq idim. Böyük hesab etdiyim klubda oynamaq üçün Braziliyaya qayıtmaq gözəl hissdir. Burada öyrəşdiyim futboldan fərqli oyun ortaya qoyacam. Sürətliyəm, fiziki gücüm yerindədir, müdafiəçidən tələb olunan hava toplarında yaxşıyam. "San Kaetano"ya kömək etmək üçün əlimdən gələni edəcəm".

Xatırladaq ki, Denis Silva Kruz bu ilin yayında "Keşlə"dən ayrıldıqdan sonra  klubsuz idi.


Etiketlər:  Denis Sivanın yeni klubu məlum oldu


RƏYLƏR