Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 18:39
Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrınının solistlərinin möhtəşəm konserti keçirildi.
Əməkdar İncəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi orkestr elə ilk dəqiqələrdən zalda xüsusi atmosfer yaratdı. Teatrın direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayev giriş sözündə respublikamızda ilk dəfə keçirilən festivalın böyük əhəmiyyətindən danışıb səhnəyə festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət kanalının direktoru Ramil Qasımovu dəvət etdi. Ramil Qasımov çıxışında operetta janrının Azərbaycanda böyük tarixi olduğunu qeyd edərək, vurğuladı ki, zamanında bu teatrda Lütfiyar İmanov, Kamal Kərimov, Mobil Əhmədov kimi unudulmaz sənətkarlar çalışıb, vokal sənətinin tarixində silinməz iz qoyublar.
Çıxışından sonra Ramil Qasımov tamaşaçılara gözəl ifası ilə unudulmaz dəqiqələr bəxş etdi. Bu xoş təəssürat gecənin sonuna qədər davam etdi, gənc vokalçıların bütün çıxışları gürultulu alqışlarla qarşılandı. Konsert repertuarında Azərbaycan opera və operetta incilərinin ən parlaq nümunələri yer aldı. Anşlaqla keçən möhtəşəm konsert böyük rezonansa səbəb oldu