Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 08:44
"Qalatasaray"ın sabiq baş məşqçisi İqor Tudorun yeni iş yeri müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı ölkəsinin "Hayduk" klubunu çalışdıracaq. Bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tudor 2013-2015-ci illərdə də "Hayduk"u çalışdırıb. O, daha sonra PAOK, "Qalatasaray", "Karabükspor" və "Udineze"nin baş məşqçisi olub.