Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5G şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötəcək

5G şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötəcək

Tarix: 24 Dekabr 2019 09:00

"IDC" analitik şirkəti dünyada beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) sürətli tətbiqini proqnozlaşdırır.

Mili.Az ictnews.az-a istinadən bildirir ki, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə "5G" şəbəkələrinə qoşulmaların sayı təxminən 10 milyon təşkil edəcək, 2023-cü ildə isə 1 milyardı ötəcək. Proqnozun özünü doğruldacağı və "5G" qoşulmalarının sayının illik artımı orta hesabla 217,2 faiz olacağı təqdirdə 5 il sonra bütün mobil qurğuların təqribən 9 faizi bu qabaqcıl standartdan istifadə edəcək.

Mütəxəssislər tərəfindən "5G" şəbəkəsinin yayılmasına töhfə verəcək üç əsas amil sadalanır:

Birincisi, istifadə olunan və generasiya edilən məlumat həcminin artmasıdır. Daha böyük istehlakçıların "5G" şəbəkəsinə keçirilməsi operatorlara şəbəkələrin yükünü daha səmərəli bölüşdürməyə imkan verəcək ki, bu da rabitənin keyfiyyətini və dayanıqlığını yaxşılaşdırmağa kömək edəcək.

Bundan başqa, "Əşyaların interneti" inkişaf etdikcə mobil şəbəkələrə daha çox qurğular qoşulacaq. Yeni standartın üstünlüklərindən biri isə eyni anda müqayisəedilməz bağlantı sayındadır.


Etiketlər:  şəbəkələrinə qoşulmaların sayı milyardı ötəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ