Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözlənilən 9X smartfonları artıq satışda

Gözlənilən 9X smartfonları artıq satışda

Tarix: 24 Dekabr 2019 11:20

Öz tərzini nümayiş etməyi sevən gənclərin seçimi sayılan HONOR 9X smartfonu İrşad elektroniks mağazalarında müştərilərə sərfəli şərtlərlə təklif edilir. Dünyada istifadəçilərin rəğbətini qazanmış bu smartfonlar bir çox üstünlüklərə malikdirlər. 

Əsas üstünlüklərdən biri hərəkətli selfi kamerasının olmasıdır. Kameranın hərəkət müddəti 1.3 saniyə təşkil edir, üz cizgilərinin təyini üçün isə cəmi 1 saniyə kifayətdir. HONOR 9X smartfonu üç əsas kamera ilə təchiz olunmuşdur. Onlardan biri 48 MP, digərləri isə 8 və 2 MP-dir. Yüksək keyfiyyətli çəkiliş imkanlarına malik HONOR 9X ilə həm gündüz, həm də gecə gözqamaşdırıcı, fərqli şəkillər ərsəyə gətirə bilərsiniz. 16 MP ön kamera ilə isə çəkəcəyiniz selfilər hər kəsi valeh edəcək.

Yaddaş imkanllarına görə də model öz sələflərini qabaqlayır. HONOR 9X smartfonunun operativ yaddaşı 4 GB, daxili yaddaşı isə 128 GB-dır. Honor 9 X Google Android 9 proqram təminatı ilə işləyir. Smartfona bu brendə xas EMUI 9.1 sistemi quraşdırılmışdır.

4000 mAh enerji tutumuna malik batareya davamlılığı ilə Sizi çətin vəziyyətdə qoymayacaq. Maksimal ekran parlaqlığı ilə video izləmə müddəti 8 saat, oyunlarla əylənmək müddəti 6 saat 20 dəqiqə, iş rejimində ekranın işıqlanması isə 5 saat təşkil edir. Ayrılıqda isə 108 saat musiqi dinləmək, 28 saat danışmaq, 10 saat oyunlarla əylənmək və 22 saata kimi video izləmək mümkündür. HONOR 9X təxminən 2 saat 20 dəqiqə ərzində şarj olunur. Bir sözlə Honor 9X müasir insanın bütün tələblərinə cavab verən, dizaynı və iş keyfiyyəti ilə göz oxşayan smartfon modelidir.


Etiketlər:  Gözlənilən smartfonları artıq satışda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ