Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 15:46
Türkiyənin Aydın şəhərində 50 yaşlı Mustafa Duran beş nəfəri öldürüb, dörd nəfəri yaralayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, arvadı Tülin Duran ondan boşanmaq üçün məhkəməyə ərizə verib.
Bundan qəzəblənən şəxs iki tüfənglə arvadının olduğu evə hücum edib və atəş açıb.
Nəticədə, qayınları 50 yaşlı Birol Karakılıç, 45 yaşlı Bəkir Cihan Karakılıç, qaynı arvadı, 45 yaşlı Əminə Özləm Karakılıç, qonşuları 38 yaşlı Filiz Kahya və 41 yaşlı Mehmed Kahya ölüb.
Arvadı Tülin Duran, qızı Tuğçə Karaklılıç və digər iki nəfər isə yaralanıb.