Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 07:16
Yaponiyada donuzun bədəninə insanın mədəaltı vəzini yerləşdirəcəklər.
Sonxeber.net bildirir ki, Yaponiya Hökuməti yanında Dövlət Ekspert Şurası professor Xirosi Naqasimanın rəhbərliyi ilə Meidzi Universitetinin bir qrup tədqiqatçısına ilk təcrübəni aparmağa icazə verilib.
Onlar döllənmiş donuz yumurtasını genetik manipulyasiya yolu ilə mədəaltı vəzi yaratmaq imkanından məhrum etməyi planlaşdırır. Sonra elm adamları ona insan mənşəli pluripotent kök hüceyrəni, daha doğrusu, bədənin istənilən hüceyrəsinə çevrilə bilən süni şəkildə əldə edilmiş hüceyrəni yerləşdirmək istəyirlər. Onlar yumurta hüceyrəsini donuzun bədəninə qaytardıqdan sonra, insan orqanına çox yaxın mədəaltı vəzi olan embriona çevrilməlidir.
Təcrübə zamanı alimlər yalnız müəyyən bir səviyyəyə qədər prosesi izləməyi təklif edirlər.
Tokio Universitetində də siçanlar ilə oxşar təcrübələrə hazırlaşırlar.