Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fədayə Laçın keçmiş həyat yoldaşı barədə: Mən həbs olunmamışdan öncə... - FOTO

Fədayə Laçın keçmiş həyat yoldaşı barədə: Mən həbs olunmamışdan öncə... - FOTO

Tarix: 25 Dekabr 2019 14:00

Əlhəmin toyu olsa, icazə verəcəksiniz ki, atası elçiliyə getsin, toyda ata kimi söz desin?

Sonxeber.net xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində qonaq olan Fədayə Laçına müraciət edib.

Xanım sənətçi oğlu Əlhəmə atası ilə bağlı heç bir qadağa qoymadığını bildirib:

"Niyə icazə vermirəm ki?! Mən heç vaxt onun atası ilə görüşməyinə qadağa qoymamışam. Mənim özümün onunla (keçmiş həyat yoldaşı ilə) heç bir əlaqəm yoxdur. Mən olmayanda ailə sıxıntıda idi. Mən onda Əlhəmə dedim ki, "İstəyirsən, atana zəng vur, denən ki, problem var", dedi "Yox". Mən həbs olunmamışdan öncə də elə söhbətlər olub ki, demişəm atana denən, bəlkə nə isə kömək edər. Heç Əlhəm özü demək istəmir. O, iş adamı deyil, amma vəziyyəti pis də deyil".


Etiketlər:  Fədayə Laçın keçmiş həyat yoldaşı barədə Mən həbs olunmamışdan öncə FOTO


RƏYLƏR