Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 16:46
Bakı. Trend:
Heydər Əliyev Fondu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılımağa başlanılıb.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Fondun əməkdaşları və «Regional İnkişaf» İctimai Birliyinin könüllüləri dekabrın 21-dən etibarən respublika üzrə aztəminatlı ailələrə bayram sovqatları çatdırır.
Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 28-dək bütün rayon və şəhərlər üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin