Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 17:45
Əməkdar artist Aybəniz Haşımova "5/5" verilişinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni qızı Aynişan Quliyevanın nişanlanmasından bəhs edib. O bildirib ki, qızının sevgilisi olduğundan yeni xəbər tutub:
"Nişan qəfil oldu. Konsert ərəfəsi idi, Aynişan mənə demirmiş. On günün içində bildim ki, qızımın belə fikri var. Konsertdən sonra Aynişan cürət etdi və mənə dedi. Onun dediyi sözə böyük hörmətim var.
Qızımın "hə"sini Arif Babayev verdi. Arif müəllim məni Bakıda tərbiyə edən insandır, ata əvəzimdir. Aynişan balaca olandan deyirdi ki, onun "hə"sini mən verəcəm. Onu da etməliydim.